Bayden xanımını Meksika prezidentinə qısqandı

19-11-2023, 00:10           
Bayden xanımını Meksika prezidentinə qısqandı
ABŞ Prezidenti Co Bayden həyat yoldaşı Cilli Meksika Prezidenti Andres Manuel Lopez Obradora qısqanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Bayden meksikalı həmkarı ilə söhbətində deyib.
“Dünən gecə birlikdə şam edirdik. Həyat yoldaşımın yanında oturdun və o qədər cazibədar idin ki, onun səni məndən çox bəyəndiyindən narahat idim”, - Bayden bildirib.
Meksika prezidenti isə Baydenin bu sözünə gülüşlə cavab verib.
Qeyd edək ki, dünən ABŞ və Meksika prezidentləri San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammitində görüşüblər. (Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru