İran və Türkiyə Araz çayını müzakirə edəcək

19-11-2023, 09:24           
İran və Türkiyə Araz çayını müzakirə edəcək
İran və Türkiyə rəsmiləri bazar günü İran-Türkiyə Su Əməkdaşlığı Komitəsinin ikinci iclasında Araz çayında su ehtiyatlarının bölüşdürülməsini müzakirə etmək üçün bir araya gələcəklər.

Modern.az xəbər verir ki, bu barədə "Tasnim" informasiya agentliyi məlumat yayıb.

Birinci iclas 2021-ci ildə Türkiyədə baş tutub və növbəti iclasın İranda keçirilməsi qərara alınıb.

Planlaşdırılan proqrama əsasən, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən iki ölkə arasında birgə su əməkdaşlığının inkişafı üçün çərçivə və zəruri mexanizmlərin müəyyənləşdirilməsi müzakirə ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru