“AbzasMedia”nın baş redaktoru da SAXLANILDI

21-11-2023, 10:27           
“AbzasMedia”nın baş redaktoru da SAXLANILDI
“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, Sevinc Vaqifqızının yaşadığı mənzildə axtarış da aparılıb.

Vəkili bildirib ki, mənzilə baxış zamanı qanunsuz əşya aşkarlanmayıb. Bu gün S.Vaqifqızı ilə bağlı istintaq hərəkətləri keçiriləcək,

Noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli də hava limanında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru