Qəzza zolağındakı “Əl-Şəfa” xəstəxanasından 190 yaralı və xəstə, eləcə də tibbi heyət təxliyə edilib.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Fələstin Qızıl Aypara Cəmiyyəti yayıb.
Təxliyədə cəmiyyətin 14 təcili yardım avtomobili və BMT-nin 2 avtobusu iştirak edib.
Xəstəxanadan təxliyə edilənlər Qəzza zolağının ərazisində yerləşən Xan-Yunis şəhərində Avropa xəstəxanasına və Rəfahda “Əbu-Yusif ən-Nacar” hospitalına aparılıb.
Bununla yanaşı, digər çox sayda yaralının tibbi heyətlə “Əl-Şəfa”da qaldığı bildirilir.
Qeyd edək ki, İsrail ordusu noyabrın 25-i xəstəxana yaxınlığında HƏMAS-ın silah anbarının və idarəetmə mərkəzinin yerləşdiyi ərazidə hərbi əməliyyata başladığını açıqlayıb. HƏMAS isə öz növbəsində xəstəxanadan hərbi baza olaraq istifadə etməsini təkzib edib.