Rusiyalı xilasedicilərdən inanılmaz əməliyyat: Buzun altına düşən maşından 100 kq-lıq qadın çıxarıldı - VİDEO

24-11-2023, 09:28           
Rusiyalı xilasedicilərdən inanılmaz əməliyyat: Buzun altına düşən maşından 100 kq-lıq qadın çıxarıldı - VİDEO
Novosibirskdə (Rusiya) xilasedicilər inanılmaz əməliyyat həyata keçiriblər. Belə ki, onlar buzun altında qalmış avtomobildən 100 kiloqramlıq qadını çıxarıblar.

Bədbəxt hadisə qadının avtomobili ilə Şlyuz mikrorayonunda yaxta klubunun ərazisinə girərkən baş verib: Qəfildən avtomobil buzun üzərində sürüşüb və suya düşüb. Maşın, demək olar ki, tamamilə suyun altında qalıb.

Şahidlər özləri qadını xilas etməyə çalışsalar da, bacarmayıblar və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Gələn mütəxəssislər ön şüşəni sındıraraq zərərçəkəni çıxarıblar.

Tibbi müayinə zamanı qadında hipotermiya (insan bədənində temperaturun aşağı düşməsi) müəyyən edilib.
Məlumata görə, qadın kuryer işləyib və hadisə yerinə naviqatorla gəlib.
https://t.me/aznovost/67108
Mənbə: “Shot” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru