SBU xüsusi əməliyyatının ikinci mərhələsi: Rusiyada yanacaq dolu daha bir qatar partladı
1-12-2023, 20:13
Nəşrin mənbələri xəbər verir ki, partlayış SBU-nun bu mühüm dəmir yolu xəttini sıradan çıxarmaq üçün həyata keçirdiyi xüsusi əməliyyatın ikinci mərhələsi olub. Onların sözlərinə görə, rusiyalılar magistraldan hərbi logistika üçün də istifadə edirlər. İlk yük qatarı birbaşa Severomusk tunelində partlayıb. Ruslar hərəkətə davam etmək üçün “İblis körpüsü”ndən keçən alternativ marşrutdan istifadə etməyə başlayıblar. Qatar hündürlüyü 35 metrlik körpünün üstündən keçərkən içərisinə quraşdırılmış partlayıcı qurğular işə düşüb. Rusiyanın “Telegram” kanallarının yazdığına görə, partlayış nəticəsində altı yanacaq daşıyan vaqon yanıb. Hətta yanğını söndürmək üçün yanğınsöndürən qatarı da gəlib. Xatırladaq ki, cümə axşamı, noyabrın 30-na keçən gecə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Buryatiyada Bessolov adına Baykal-Amur magistral xəttində Şimal tunelində partlayış törətdiyini bildirib. Bu dəmir yolu Rusiya və Çini birləşdirir. Məlumatlara görə, yük qatarı hərəkət edərkən dörd partlayıcı qurğu işə düşüb. Lakin xüsusi xidmət orqanı bu barədə rəsmi açıqlama vermir.