Ukrayna Ali Radasının keçmiş deputatı Moskva vilayətində ölü tapılıb

7-12-2023, 00:01           
Ukrayna Ali Radasının keçmiş deputatı Moskva vilayətində ölü tapılıb
Rusiyanın Moskva vilayətində Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın meyiti tapılıb.

Bu barədə “RBK Ukrayna” öz mənbələrinə istinadən məlumat yayıb.

Agentlik bildirir ki, keçmiş deputat Ukrayna xüsusi xidmət orqanları tərəfindən öldürülüb. Mənbələr həmçinin İ.Kivanın odlu silahdan açılan atəş nəticəsində öldürüldüyünü bildirib.

Qeyd edək ki, ötən ilin martında Ukrayna Dövlət İstintaq Bürosu İlya Kivanın milli axtarışa verilməsi üçün lazımi sənədlər paketini toplayıb. Həmçinin bildirilib ki, Lvov məhkəməsi həmin ilin yazında sabiq deputatı qiyabi həbs edib və əmlakı müsadirə olunmaqla onu 14 il müddətinə azadlıqdan məhrum edib.

Keçmiş siyasətçinin axtarışda olduğu müddətdə Rusiyada gizləndiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru