Günəbaxan yağını zeytun yağından daha sağlamdır?

15-03-2024, 08:57           
Günəbaxan yağını zeytun yağından daha sağlamdır?
Rusiya Sağlam Qidalanma Araşdırma Mərkəzinin icraçı direktoru, 1-ci kateqoriyalı qastroenteroloq, hepatoloq, qidalanma davranışı psixoloqu və dietoloq Nuriyyə Dianova zeytun yağı əvəzinə günəbaxan yağından istifadə etməyi tövsiyə edib.Foodinfo.az xəbər verir ki, ekspert İctimai Xəbər Xidmətinə müsahibəsində bildirib ki, zeytun yağında doymuş yağın miqdarı günəbaxan yağından bir qədər yüksəkdir. Müqayisə üçün: zeytun yağında 100 q-da 16,8%, günəbaxan yağında isə 12,5% təşkil edir.Mütəxəssis qeyd etdiyi kimi, bir insanın doymuş yağlara daha az miqdarda ehtiyacı var.Həmçinin, qida maddələrinin tərkibinə görə zeytun yağı günəbaxan yağından xeyli aşağıdır.“Bütün bitki yağlarının tərifləndiyi çoxlu doymamış yağ turşuları zeytun yağında 100 q-da 13,2%, günəbaxan yağında isə 65% təşkil edir. Yəni, hər ikisinin mütləq faydalı olmasına baxmayaraq, maksimum fayda yerli günəbaxan yağındadır”, - diyetoloq əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru