1 ay şarj saxlayan titan korpuslu saat təqdim olundu

Bu gün, 09:24           
1 ay şarj saxlayan titan korpuslu saat təqdim olundu
"Amazfit" şirkəti özünün ən yeni qabaqcıl texnologiyalara malik ağıllı saatını təqdim edib. Bu, "T-Rex 3 Pro" modelidir.
İqtisadiyyat.az GizmoChina-ya istinadən xəbər verir ki, həftələrlə davam edən fərqli şaiyələr sonra güclü batareya və uzunmüddətli şarj saxlaması, hətta fənər təklif edən yeni məhsul Avropada ilk dəfə üzə çıxıb. Saat əla dizayn olunub və yüksək keyfiyyətli materiallardan hazırlanıb. Korpus titandandır.

Yeni, yüksək səviyyəli model üç rəngdə və iki fərqli ölçüdə mövcuddur. 640 mAh batareyaya malik T-Rex 3 Pro-nun şarjı adi qaydada istifadə ilə 19 günə qədər davam edə bilər. 700 mAh batareyaya malik nisbətən böyük, 48 mm modeldə isə bir şarjla daha da çox- 25 gün istifadə mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru