DÇ-2026 seçmə mərhələsi: Bu gün daha 7 görüş keçiriləcək
Bu gün, 09:22
Bu gün 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar baş tutacaq.
Oxu.Az-ın məlumatına görə, ikinci turun ikinci oyun günündə 7 matç keçiriləcək.
Belə ki, Belarus millisi Şotlandiya ilə, Xorvatiya Monteneqro ilə, Cəbəllüttariq Farer adaları ilə, Yunanıstan Danimarka ilə, İsrail İtaliya ilə, Kosovo İsveçlə, İsveçrə isə Sloveniya ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.