Mərkəzi Afrika Respublikasında gəmi batıb: 60 nəfər həlak olub - VİDEO

21-04-2024, 12:04           
Mərkəzi Afrika Respublikasında gəmi batıb: 60 nəfər həlak olub - VİDEO
Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Banqi şəhərinin yaxınlığında yerləşən Mpoko çayında gəminin batması nəticəsində azı 60 nəfər həlak olub.

Bu barədə MAR mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, gəmidə cənazə mərasiminə gedən qadın və uşaqlar da daxil olmaqla 300-ə yaxın insan olub.

Bildirilib ki, gəmidə olan 100-ə yaxın insanı xilas etmək mümkün olsa da, digərləri itkin düşmüş hesab olunur.
Şahidlərin sözlərinə görə, gəmi limandan çıxıb çayın ortasına çatdıqdan sonra yarıya bölünüb və batıb.

Səlahiyyətlilər hesab edirlər ki, gəminin qəzaya uğramasına səbəb sərnişinlərin sayının çox olmasıdır.
Mənbə: RFI












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru