Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi

25-04-2024, 07:34           
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
Ədliyyə Nazirliyinin Ucar rayon İcra və Probasiya şöbəsinin rəisinin evindən oğurluq edən şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, şöbə rəisi Ziya Məmmədovun Hacıqabulda yeni tikridiyi evindən dəmir boru, armatur, reys parçası, laqonda, tökmədəmir boru, aluminium və mis kabellər, mişar, kanalizasiya qapağı, çəkic və digər tikinti materialları oğurlanıb.

Oğurluğu 1987-ci il tarixdə Şirvan şəhərində doğulmuş Adil (şərti) edib. Maraqlıdır ki, həmin şəxs evin həyətində təhlükəsizlik kamerasının olduğunu bilə-bilə hadisəni törədib. Hətta hadisədən sonra təhlükəsizlik kamerasına əli ilə işarə edərək, salam da verib. Bundan sonra oğurladığı əşyaları metal qəbul edən tanımadığı şəxsə satıb və əldə etdiyi pula araq alaraq içib.

Həmiş şəxs Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Ə.Vahid küçəsində saxlanılıb. Polis Şöbəsində üzərində şəxsi axtarış aparılan zaman 1,138 qram narkotik vasitə olan heroin aşkar edilib.

Məhkəmənin qərarı ilə Adil Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.