Bolqarıstanda çimərlikdə maraqlı tapıntı

25-07-2024, 16:34           
Bolqarıstanda çimərlikdə maraqlı tapıntı
Bolqarıstanın kurort şəhəri Varnada istirahət edən bir nəfər sahildə sahibsiz obyekt aşkarlayıb və onun qədim Roma sarkofaqı olduğu üzə çıxıb.

Tapıntı barədə məlumat verildikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları çimərliyə gələrək Varna Arxeologiya Muzeyinin mütəxəssisləri və Mədəniyyət Nazirliyinin Mədəni İrsin Mühafizəsi Baş İdarəsinin regional nümayəndəsinin iştirakı ilə obyektə baxış keçiriblər.

Mütəxəssislərin ilkin qənaətinə görə, bəzəkli qapaqsız sarkofaq Roma dövrünə, ehtimal ki, eramızın II-III əsrlərinə aiddir. Onun təxmini ölçüləri 90x235x75 sm-dir.

Ağır texnikanın köməyi ilə artefakt saxlanmaq üçün Varna Arxeologiya Muzeyinə aparılıb.
RİA Novosti














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru