Rusiyada qatarın yük maşını ilə toqquşması nəticəsində 9 vaqon relsdən çıxıb - FOTOLAR

30-07-2024, 10:53           
Rusiyada qatarın yük maşını ilə toqquşması nəticəsində 9 vaqon relsdən çıxıb - FOTOLAR
Rusiyanın Volqoqrad vilayətində sərnişin qatarının yük maşını ilə toqquşması nəticəsində qatarın 9 vaqonu relsdən çıxıb.
İlkin məlumatlara görə, Volqoqrad vilayətində qəza nəticəsində Kazan-Adler sərnişin qatarının 9 vaqonu relsdən çıxıb, bəziləri aşıb.

“Rusiya Dəmir Yolları” QSC-nin məlumatına görə, yük maşınının sürücüsü dəmir yolu keçidinə çıxıb və qatarla toqquşub.

"Kamaz" markalı yük maşınının sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq hərəkətdə olan qatarın qarşısından dəmir yolu keçidinə çıxıb.

İlkin məlumata görə hadisə nəticəsində 55 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
TASS


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru