Səfərbərlik Xidmətinin bölmə rəisi qəzaya düşdü - 10-dan çox yaralı var -YENİLƏNDİ

30-07-2024, 07:45           
Səfərbərlik Xidmətinin bölmə rəisi qəzaya düşdü - 10-dan çox yaralı var -YENİLƏNDİ
Daşkəsəndə xəsarətlə nəticələnən yol qəzası olub.
TEREF "Unikal"a istinadla xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Bayan kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes Sprinter" markalı mikroavtobusla "Hyundai" markalı minik maşını toqquşub.
Qəza zamanı 10-dan çox insan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtbusda olanlar qızıl mədəninin işçiləridir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Qeyd edək ki, "Hyundai" markalı avtomobil Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisinə məxsusdur.
***
Daşkəsəndə baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.
Xəsarət alanların adları aşağıdakı kimidir:
1967-ci il təvəllüdlü F. Allahverdiyev,
1993-cü il təvəllüdlü S. Məmmədov,
1989-cu il təvəllüdlü S. Kazımov,
1983-cü il təvəllüldü N. Qurbanov,
1985-ci il təvəllüdlü R. Verdiyev,
1985-cu il təvəllüldü A. Məmmədov,
1974-cü il təvəllüdlü V. Əliyev,
1991-ci il təvəllüdlü E. Vəliyev,
1987-ci il təvvəllüdlü R. Əhmədov,
1980-ci il təvəllüdlü K. Nipalıyeva,
1992-ci il təvəllüdlü E. Səddərzadə,
1970-ci il təvəllüdlü A. Səfərov
2011-ci il təvəllüdlü X. İsmayılova,
1966-cı il təvəllüdlü T. Pirqurban.
Qeyd edək ki, "Mercedes Spirnter"də olanlar qızıl mədənin işçiləri olub. Minik maşını isə Daşkəsən rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsinə məxsusdur.
DİN-in Gəncə regional qrupundan bildirilib ki, Daşkəsən rayon Bayan kəndi ərazisində "Sprinter" markalı mikroavtobus və "Toyota" markalı avtomobil toqquşub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.