İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirildi - FOTO

2-08-2024, 18:47           
İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirildi - FOTO
İsveçin paytaxtı Stokholm şəhərinin Upplands-Bru adlanan hissəsində azərbaycanlı qətlə yetirilib.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyulun 30-u baş verib. Belə ki, İsveçdə yaşayan Azərbaycan vətəndaşı 35 yaşlı Məhəmməd Xankişiyev evinin yaxınlığında naməlum şəxs tərəfindən açılan atəşlə öldürülüb. Hadisənin hansı səbəbdən və hansı zəmində baş verdiyi hələlik məlum deyil.
Bölgənin prokuroru İsveç mətbuatına açıqlamasında bildirib ki, qətlin kriminal qruplaşmalar arasındakı münaqişə zəminində baş verdiyi ehtimal edilir. Onun sözlərinə görə, hadisəni törədən şəxs və ya şəxslərin M.Xankişiyevi hansısa kriminal fiqura bənzətməsi və onu səhvən qətlə yetirməsi ehtimalı da böyükdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru