Evin divarı uçdu, 9 azyaşlı həlak oldu

5-08-2024, 16:54           
Evin divarı uçdu, 9 azyaşlı həlak oldu
Hindistanın mərkəzindəki Madhya-Pradeş ştatında güclü yağışlardan sonra evin divarı uçub. Nəticədə 10-14 yaş arası doqquz uşaq və yeniyemə ölüb.

Bizim.Media "Times of İndia"ya istinadən xəbəe verir ki, insident zamanı dörd azyaşlı müxtəlif xəsarətlər alıb.


Hadisə dini tədbir zamanı baş verib. Uşaqlar dağılmış evin yaxınlığında quraşdırılmış çadırda olublar. Divarın çökməsi nəticəsində iki uşaq hadisə yerində, daha yeddi nəfər isə xəstəxanaya aparılarkən və ya tibb müəssisəsində ölüb.


Yaralılar xəstəxanaya çatdırılıblar. Onların həyatı üçün təhlükə yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru