İsrail Hizbullah hədəflərinə zərbələr endirdi

5-08-2024, 11:45           
İsrail Hizbullah hədəflərinə zərbələr endirdi
İsrail ordusunun qırıcıları Livanın cənubundakı Hizbullah hərbi obyektlərinə, o cümlədən silah anbarına gecə zərbələri endirib.

Tribunainfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Kfarkela bölgəsində Hizbullah terror təşkilatının silah anbarına və bir neçə infrastruktur obyektinə hücum edib”, – məlumatda bildirilib.

Qeyd edilib ki, Livanın cənubundakı Şebaa və Raçaya əl-Fuhar bölgələrindən gələn təhlükəni aradan qaldırmaq üçün artilleriya zərbəsi də endirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru