Bu gün oyun idarə etməli olan hakimlər Polşada saxlanılıb

6-08-2024, 18:56           
Bu gün oyun idarə etməli olan hakimlər Polşada saxlanılıb
Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Dinamo Kiyev" - "Reyncers" matçının hakimləri Polşada saxlanılıb.

Buna səbəb onların xuliqanlıq etməsi olub.

Bunlar VAR hakimi Bartoş Frankovski və AVAR hakimi Tomaş Musialdır.

Onlar spirtli içki qəbul etdikdən sonra yol nəqliyyat nişanını yerindən çıxardıqları üçün polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, UEFA görüşə yeni VAR və AVAR hakimləri təyin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru