Azərbaycan Ordusunun hərbi qulluqçusu tibb müəssisəsinə təxliyə edilərkən ölüb

21-11-2024, 00:14           
Azərbaycan Ordusunun hərbi qulluqçusu tibb müəssisəsinə təxliyə edilərkən ölüb
Müdafiə Nazirliyi hərbi qulluqçunun səhhətinin qəfil pisləşdiyini bildirib.
Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.
Müdafiə Nazirliyinin bu barədə yaydığı məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara səbr diləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru