Şərqi Azərbaycanda 9 ayda 97 işçi iş qəzalarında həyatını itirib

Dünən, 15:44           
Şərqi Azərbaycanda 9 ayda 97 işçi iş qəzalarında həyatını itirib
Şərqi Azərbaycan vilayətində 9 ay ərzində 97 işçi iş qəzalarında həyatını itirib.

Şərqi Azərbaycan vilayətinin Ədli Tibb İdarəsinin direktoru Mehrdad Setarenin verdiyi məlumata görə, 9 ay ərzində iş qəzaları nəticəsində 97 nəfər həyatını itirib.

Mehr xəbər agentliyinin məlumatına əsasən, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artıb. Bu statistika 2024-cü il martın 20-dən dekabrın 20-dək olan dövrü əhatə edir.

İşçilərdən 49 nəfəri hündürlükdən yıxılma, 22 nəfəri sərt cismin vurması, 13 nəfəri elektrik cərəyanı vurması, 2 nəfəri mühitdə oksigen çatışmazlığı, 10 nəfəri isə yanıq və 1 nəfəri boğulma nəticəsində həyatını itirib.
Bu dövrdə iş qəzaları ilə əlaqədar 1189 nəfər Ədli Tib İdarəsinə müraciət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artım deməkdir.

Ərdəbil vilayətinin Əmək, Kooperasiya və Sosial Rifah İdarəsinin direktoru Behruz Rəhimzadə bildirib ki, cari günəş ilinin əvvəlindən indiyədək iş qəzalarında həyatını itirənlərin sayı cəmi dörd nəfər olub.

Tehran vilayəti iş qəzaları və işçilərin ölüm hallarının ən yüksək olduğu vilayətlər arasında birinci yerdədir. Bu vəziyyət vilayətdə çoxsaylı tikinti və sənaye layihələrinin mövcudluğu, eləcə də işçi sayının çoxluğu ilə izah edilir.

Bununla yanaşı, ölkənin Ədli Tibb Təşkilatının Cinayət Səhnəsinin Araşdırılması Qrupunun rəhbəri Əli Ziyayi bildirib ki, 1402-ci günəş ilində, yəni 21 mart 2023-cü ildən 19 mart 2024-cü ilə qədər ölkə üzrə iş yerlərində baş verən bədbəxt hadisələr nəticəsində 2 min 115 işçi həyatını itirib. Bu isə ölkədə hər gün orta hesabla 5-6 işçinin ölümü deməkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.