Xərçəngdən qoruyan məhsulun adı açıqlandı

24-01-2025, 10:08           
Xərçəngdən qoruyan məhsulun adı açıqlandı
Alimlər xərçəng xəstəliyinin qarşısını ala biləcək məhsullarla bağlı yeni açıqlama veriblər. Foodinfo.az-ın məlumatına görə, aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, tərkibində yüksək miqdarda antioksidantlar olan məhsullar xərçəng riskini azalda bilər. Bu məhsullardan biri də brokkolidir.Brokkoli, tərkibində olan sulforafan maddəsi sayəsində bədxassəli hüceyrələrin inkişafını ləngidə bilər. Sulforafan bədəndə detoksifikasiya proseslərini sürətləndirərək zərərli toksinlərin xaric olmasına kömək edir. Bundan əlavə, brokkoli aşağıdakı faydalara malikdir:İmmunitet sistemini gücləndirir.Damarların elastikliyini artırır və ürək-damar xəstəlikləri riskini azaldır.C vitamini ilə zəngindir, bu da orqanizmi infeksiyalardan qorumağa kömək edir.Mütəxəssislər brokkolidən maksimum fayda əldə etmək üçün onu xam şəkildə və ya qısamüddətli buxarda bişirərək istifadə etməyi tövsiyə edirlər. Uzun müddət bişirildikdə onun tərkibindəki faydalı maddələr qismən məhv ola bilər. Qidalanma üzrə mütəxəssislər sağlam qidalanma üçün brokkolini gündəlik menyuya daxil etməyi, eyni zamanda meyvə və tərəvəzlərlə zəngin balanslı pəhriz saxlamağı bildirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru