Fransız buldoqu narkotik ticarəti şəbəkəsinin ifşasına kömək etdi

24-01-2025, 11:48           
Fransız buldoqu narkotik ticarəti şəbəkəsinin ifşasına kömək etdi
Böyük Britaniyada fransız buldoqunun fotosu narkotik ticarəti şəbəkəsinin ifşasına kömək edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Star" nəşri məlumat verib.

Məlumata görə, qeyri-qanuni narkotik ticarəti ilə məşğul olan mütəşəkkil cinayətkar qrup "Bob" adlı fransız buldoqu sayəsində aşkara çıxarılıb. Dəstə üzvlərindən birinin ümumi çat söhbətinə göndərdiyi itin fotosu əsas sübuta çevrilib və hüquq-mühafizə orqanlarına cinayətkarların hazırladıqları genişmiqyaslı əməliyyatı pozmağa kömək edib.

Polisdən bildirdiyinə görə, heyvanın fotosunu çəkən şəxs şəkli şifrəli şəbəkəyə göndərib. Onun telefonu kəşfiyyatçılar tərəfindən sındırıldığı üçün polislər ev heyvanının üzərində telefon nömrəsi və digər vacib məlumatlar olan birkanı görüblər ki, bu da qrup üzvlərini müəyyənləşdirməyə və onları həbs etməyə imkan verib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru