Dəmir yolu nəqliyyatı ilə beynəlxalq yük daşımaları 2% azalıb

26-01-2025, 08:54           
Dəmir yolu nəqliyyatı ilə beynəlxalq yük daşımaları 2% azalıb
2024-cü ildə Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 3 milyard 329,9 milyon ABŞ dolları dəyərində 7 milyon 724,5 min ton beynəlxalq yük daşımaları həyata keçirilib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 7,6 % və 1,9 % azdır.

Ötən il dəmir yolu nəqliyyatı ilə 2 milyard 488,9 milyon min ABŞ dolları (əvvəlki ilə nisbətən 1,3 % çox) dəyərində 4 milyon 947,5 min ton (7 % çox) yük idxal edilib, 841 milyon ABŞ dolları (26,9 % az) dəyərində 2 milyon 777 min ton yük (14,6 % az) yük ixrac olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru