Hindistanda sirli xəstəliyin yayılması nəticəsində 17 nəfər həyatını itirib

28-01-2025, 17:18           
Hindistanda sirli xəstəliyin yayılması nəticəsində 17 nəfər həyatını itirib
Ölənlərin hamısında beyin və sinir sistemi zədələnməsi aşkar edilib.
Hindistanın təxminən 230 nəfər əhalisi olan Cammu və Kəşmir kəndləri karantinə alınıb. Hazırda yerli hakimiyyət xəstəliyin Giyen-Barre (GBS) sindromunun olmasından şübhələnirlər. Nəticədə yaşayış məntəqələrində artıq 17 nəfər həlak olub.
Bu barədə Hindistanın "Khaleej Times" qəzeti məlumat yayıb.
"Press Trust of India" informasiya agentliyi xəbər verir ki, 13 uşaq da daxil olmaqla, ölümlər 2024-cü ilin dekabrında Cammu şəhərinin Rajcuri rayonundakı ucqar Badhaal kəndində başlayıb. Keçən həftə Cammu və Kəşmir kəndləri karantinə alınıb.
Bildirilir ki, ölənlərin hamısında beyin və sinir sistemləri zədələnib. Xəstəliyin qurbanları üç qohum ailənin üzvləri olub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, GBS sindromu zamanı insanın immun sistemi periferik sinirləri hədəfə alır. Sindrom əzələlərin hərəkətini idarə edən sinirlərə təsir edə bilər ki, bu da əzələ zəifliyinə, ayaqlarda və ya qollarda həssaslıq itkisinə səbəb ola, həmçinin xəstələr udma və nəfəs alma problemləri ilə üzləşə bilər.
Hindistan hökuməti araşdırmaya başlayıb. Səhiyyə naziri Citendra Sinqh iqeyd edib ki, ikin araşdırmalar ölümün "hər hansı bir infeksiya, virus və ya bakteriya səbəbindən baş vermədiyini, daha çox toksin tərəfindən törədildiyini" göstərib. Hazırda çoxsaylı toksinlər araşdırılır və bu hadisənin potensial günahkarlarının olub olmadığını müəyyən edirlər. Sinqh əminliklə bildirib ki, tezliklə bütün suallara cavab tapılacaq.
Daha bir belə xəstəlik Hindistanın Puna şəhərində qeydə alınıb. Orada 26-sı qadın olmaqla 73-dən çox yoluxmuş şəxs qeydə alınıb. Hazırda 14 xəstə süni nəfəs aparatındadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.