Almaniya qeyri-qanuni miqrant axını ilə bağlı fövqəladə rejim tətbiq edəcək?

28-01-2025, 11:18           
Almaniya qeyri-qanuni miqrant axını ilə bağlı fövqəladə rejim tətbiq edəcək?
Xarici vətəndaşların Almaniyada qalmaq icazəsi olmadan ölkəyə girişinə qadağa qoyulması təklif edilir.
Almaniya qeyri-qanuni miqrant axını ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq etməyi təklif edib. Xristian Demokrat və Xristian Sosial İttifaqı blokunun fraksiyası müvafiq qətnaməni baxılmaq üçün Bundestaqın müzakirəsinə təqdim etməyi planlaşdırır.
Xəbərə görə, Almaniyanın sərhədlərində uzunmüddətli nəzarətin tətbiqini, habelə xarici vətəndaşların Almaniyada qalmaq icazəsi olmadan ölkəyə girişinə qadağa qoyulması təklif edir.
Məqalədə qeyd olunub ki, miqrant axını səbəbindən ölkə sakinləri zorakılığın yeni səviyyələri ilə üzləşiblər.
"Avropa tədbirləri nəticə verməzsə, Almaniya və onun hökumətinin üzərinə düşən vəzifə milli qanunvericiliyi prioritet məsələ kimi tətbiq etməkdir" - sənəddə deyilir.
Digər Avropa ölkələri də miqrant axını ilə mübarizəni davam etdirirlər. Belə ki, Polşa qeyri-qanuni miqrantlara sığınacaq verilməsini dayandıracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru