AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı saxta məlumat yayıldı - FOTO

29-01-2025, 00:05           
AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı saxta məlumat yayıldı - FOTO
Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyi adından "Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı feyk məlumatlar yayılıb.

Qaynarinfo xəbər verir ki, həmin məlumatlar XİN-in rəsmi açıqlaması kimi təqdim edilib.

Həmin yalan informasiyalarda, XİN-in mətbuat katibi Ayxan Hacızadənin adından iddia edilir ki, qəza ilə bağlı araşdırmanın ilkin nəticələri guya hava gəmisinin quşlarla toqquşmasını təsdiq edir.

Bununla yanaşı, feyk məlumatda Azərbaycanın guya yalan informasiyaların yayılmasına görə Rusiyadan üzr istədiyi də qeyd olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru