Pakistanda yanacaq daşıyan maşın partladı: Ölən var

29-01-2025, 10:14           
Pakistanda yanacaq daşıyan maşın partladı: Ölən var
Pakistanda mayeləşdirilmiş qaz (LPG) daşıyan yük avtomobili partlayıb.
Yerli mediaya istinadən xəbər verir ki, hadisə Pəncab əyalətində qeydə alınıb. Partlayış nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

Əraziyə yanğınsöndürənlər və təcili yardım maşınları göndərilib. Partlayışın baş verdiyi magistral yol hər iki istiqamətdə bağlanıb.

Hadisəyə qaz sızması səbəb olub. Bu, son iki gündə ölkədə qeydə alınan ikinci belə hadisədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru