ABŞ-də "F-35" qırıcısı qəzaya uğradı VİDEO

29-01-2025, 10:12           
ABŞ-də "F-35" qırıcısı qəzaya uğradı  VİDEO
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-35" qırıcısı Alyaskadakı aviabazada təlim uçuşu zamanı qəzaya uğrayıb.

Bu barədə "Alaska News Source" məlumat yayıb.

Hadisə 354-cü Hava Qüvvələri Bölmələrinin yerləşdiyi Eylson bazasında baş verib. Qırıcı təlim uçuşunu başa vurub yerə enmək ərəfəsində hələlik açıqlanmayan nasazlıq baş verib. Pilot təcili katapult edib. Təyyarə aerodromun uçuş-enmə zolağının yaxınlığına düşərək partlayıb.

Pilot paraşütlə sağ-salamat yerə enib. O, hazırda xəstəxanada tibbi müayinədən keçirilir. Vəziyyəti qənaətbəxşdir.

Baza komandanlığı oxşar hadisənin təkrarlanma şansını minimuma endirmək üçün hərtərəfli araşdırma aparacağına söz verib.

Qeyd edək ki, "F-35"in dəyəri təxminən 81 milyon dollardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru