Cənubi Sudanda təyyarənin qəzaya uğradığı, 20 nəfərin öldüyü bildirilir
Dünən, 15:18
Rəsminin bildiridiyinə görə, çərşənbə günü Cənubi Sudanın Birlik ştatında neft işçilərini daşıyan kiçik təyyarə qəzaya uğrayıb, 20 nəfər həlak olub. Birlik ştatının informasiya naziri Qatveç Bipal bildirib ki, təyyarə çərşənbə günü səhər paytaxt Cubaya gedərkən Birlikdə neft yatağındakı hava limanında qəzaya uğrayıb.
Bipal sərnişinlərin Çin Milli Neft Korporasiyası və dövlətə məxsus Nile Petroleum Corporation-un daxil olduğu konsorsium olan Greater Pioneer Operating Company və ya GPOC-un neftçiləri olduğunu bildirib.
Onun sözlərinə görə, ölənlər arasında iki Çin və bir Hindistan vətəndaşı oluv. Bipal qəzaya səbəb olan şəraitlə bağlı daha ətraflı məlumat verməyib. Media ilkin olaraq ölənlərin sayının 18 olduğunu bildirsə də, Bipal Reuters agentliyinə sağ qalan iki nəfərin sonradan öldüyünü bildirib. Bir nəfər sağ qalıb. Son illərdə müharibədən əziyyət çəkən Cənubi Sudanda bir neçə dəfə aviasiya qəzası baş verib.
2018-ci ilin sentyabrında paytaxt Cubadan Yirol şəhərinə sərnişin daşıyan kiçik təyyarənin qəzaya uğraması nəticəsində azı 19 nəfər həlak olub. 2015-ci ildə Rusiya istehsalı olan və içərisində sərnişinləri olan yük təyyarəsinin paytaxt Cuba hava limanından qalxdıqdan sonra qəzaya uğraması nəticəsində onlarla insan həlak olub.