Poroşenkonun oğlunun əmlakına həbs qoyuldu

30-01-2025, 09:46           
Poroşenkonun oğlunun əmlakına həbs qoyuldu
Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun oğlu Alekseyin əmlakı hərbi çağırışa məhəl qoymadığı üçün verilən 25 500 qrivna (təxminən 1 030 manat - red.) məbləğində cərimənin ödənilməməsinə görə həbs edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" müvafiq qətnaməyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, yanvarın 8-də Kiyevin Peçorsk Rayon Ərazi Komplektasiya Mərkəzi Aleksey Poroşenkonu 25 500 qrivna (təxminən 1 030 manat - red.) cərimələyib. Qərarda bildirilir ki, cərimə 15 gün ərzində ödənilməsə, cərimənin məbləği 2 dəfə artırılacaq.

2025-ci il yanvarın 28-də paytaxtın Peçorsk rayonunun Dövlət İcra Xidməti Poroşenkodan 51 min qrivna (təxminən 2 067 manat - red.) məbləğində inzibati cərimənin məcburi qaydada alınması barədə qərar qəbul edib. Cərimə ödənilənə qədər borclunun bütün əmlakına həbs qoyulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru