Qidalanmada lif az olarsa?

31-01-2025, 10:58           
Qidalanmada lif az olarsa?
Qidalanmada lifin az olması bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Foodinfo.az xəbər verir ki, əsasən, həzm sistemi bundan əziyyət çəkir – kifayət qədər lif qəbul etmədikdə qəbizlik yaranır, bağırsaq hərəkətləri yavaşlayır və həzm prosesi pozulur. Uzun müddət lifsiz qidalanma bağırsaq xəstəliklərinin, o cümlədən babasil və divertikulit kimi problemlərin yaranmasına gətirib çıxarır. Bundan əlavə, lif qan şəkərinin səviyyəsini tənzimləməyə kömək etdiyi üçün onun çatışmazlığı insulin müqavimətinə və 2-ci tip diabet riskinin artmasına səbəb olur. Lifin yetərsiz olması həm də xolesterolu yüksək səviyyədə saxlaya bilər, bu da ürək-damar xəstəliklərinə yol aça bilər. Arıqlamaq istəyənlər üçün də lif vacibdir, çünki toxluq hissini uzadır. Sağlam qidalanma üçün tərəvəz, meyvə, tam taxıllar və paxlalı bitkilərin qidalanmaya daxil edilməsi vacibdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru