Fələstin həkimləri 42 nəfərin meyitini tapıblar

31-01-2025, 09:24           
Fələstin həkimləri 42 nəfərin meyitini tapıblar
Fələstinli tibb işçiləri son 24 saat ərzində Qəzza zolağında daha əvvəl həlak olmuş 42 nəfərin meyitini aşkar ediblər.

Bu barədə Qəzza Səhiyyə Nazirliyinin “Telegram” kanalında məlumat yayılıb.

"Son 24 saat ərzində 42 fələstinlinin meyiti aşkar edilib, daha bir nəfər aldığı yaralardan ölüb, doqquz nəfər isə yaralanıb", - nazirliyin məlumatında deyilir.

Həkimlər əlavə ediblər ki, 2023-cü ilin oktyabrından Qəzzada ölənlərin sayı 47 min 460-a çatıb, daha 111 min 580 nəfər isə yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru