Sudanda təyyarə qəzası nəticəsində 40-dan çox insan həlak olub

27-02-2025, 10:24           
Sudanda təyyarə qəzası nəticəsində 40-dan çox insan həlak olub
Sudanda orduya məxsus nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 40-dan çox adam, o cümlədən yüksək rütbəli hərbçilər həlak olub. Bu barədə agentliklər həkimlərə və hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

AP agentliyinin istinad etdiyi son məlumatlara görə, 46 nəfər ölüb, ən azı 10 nəfər yaralanıb. Axtarış əməliyyatları davam edir.

Hələ də bəlli olmayan səbəblərə görə təyyarə ölkənin paytaxtı Xartumun aqlomerasiyasına daxil olan Omdurman şəhərindəki hərbi aerodrom yaxınlığında əhalinin sıx məskunlaşdığı ərazidə qəzaya uğrayıb. Ölənlər arasında həm hərbçilər, həm də mülki şəxslər olduğu bildirilir. İlkin olaraq təyyarədə 19 nəfərin olduğu, daha sonra 20-dən çox insanın öldüyü, daha sonra ölənlərin sayının 40-ı ötdüyü xəbəri yayılıb. Görüntülərə əsasən, təyyarə yıxılarkən yaşayış binasına çırpıldığı üçün həm təyyarənin göyərtəsində, həm də ərazidə ölənlər var.

Fəlakət qurbanları arasında hökumət ordusunun komandiri, əvvəllər Sudanın paytaxtı Xartumda qarnizon rəisi vəzifəsində çalışmış general-mayor Bar Əhməd də var.

Sudanda hökumət ordusu ilə "Sürətli Reaksiya Qüvvələri" adlanan qruplaşma arasında vətəndaş müharibəsi davam edir. İlkin məlumatlara görə, təyyarə qəzası hərbi əməliyyatdan çox texniki nasazlığın nəticəsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru