Azərbaycandan gedənlər aeroprotda saxlanıldı –- Apardıqları məhsullar məhv edildi

27-02-2025, 11:18           
Azərbaycandan gedənlər aeroprotda saxlanıldı –-
2025-ci ilin əvvəlindən Rusiyanın Perm vilayətinə Özbəkistan və Azərbaycandan mənşəyi məlum olmayan 108 kq heyvandarlıq məhsulunun idxalı dayandırılıb.

AzPost yerli mediaya istinadla bildirir ki, bu barədə “Rosselxoznadzor”un Kirov vilayəti, Udmurt Respublikası və Perm ərazisi üzrə idarəsinin saytında məlumat yerləşdirilib. Qeyd olunub ki, Perm Beynəlxalq Hava Limanına gələn sərnişinlərin əl yükündə delikateslər aşkar edilib.

“Özbəkistan və Azərbaycandan gələn 59 sərnişinin əl yükündə ət (36,8 kq), süd (46,8 kq) və arıçılıq (25,1 kq) məhsulları olub. 2024-cü ilin eyni dövründə 57 vətəndaşdan 58,4 kq məhsul götürülüb”, – məlumatda deyilir.

Malların böyük əksəriyyətində orijinal qablaşdırma, istehsalçı haqqında işarələr, istehsal tarixi, yararlılıq müddəti və saxlama şəraiti olmayıb. Sərnişinlər şəxsi istifadə üçün məhsul apardıqlarını qeyd ediblər. Amma bu fakt istənilən halda “Baytarlıq haqqında” qanunu pozub.

Aeraportda tutulan potensial təhlükəli məhsullar Perm hava limanı ilə qarşılıqlı əlaqə sxeminə uyğun olaraq məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru