25 il yollarda: Britaniyalı kişi Tailandda rekord qırdı və həbs edildi

Bu gün, 10:28           
25 il yollarda: Britaniyalı kişi Tailandda rekord qırdı və həbs edildi
Tailandda 60 yaşlı britaniyalı kişi turist vizasının müddəti 25 ili keçdiyi üçün həbs edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə BFMTV nəşri məlumat verib.

Məlumata görə, o, 2000-ci ildə ölkəyə 30 günlük viza ilə gəlib və qeyri-qanuni şəkildə qalmağa davam edib. Bu, yerli polisin sözlərinə görə, "rekord" müddət olub.

Kişi ölkənin şimalındakı Çianqmay əyalətində qeyri-qanuni mühacirlərə qarşı keçirilən əməliyyat zamanı həbs edilib. O, turist vizası ilə gəldiyini və Tailandı tərk etmədiyini etiraf edib. İmmiqrasiya xidmətindən bildirilib ki, kişi ölkədə 9 135 gün keçirib və bu da ondan əvvəl pakistanlı tərəfindən müəyyən edilən 10 illik rekordu üstələyib.

Adı açıqlanmayan britaniyalı 13 il Banqkokda yaşayıb, orada tailandlı qadından uşağı dünyaya gəlib, daha sonra iqtisadi çətinliklər səbəbindən Çianqmaya köçüb. Onun işi olmayıb, İngiltərədəki ailənin pulu ilə dolanıb. 2018-ci ildə boş və möhürsüz qalan pasportunu yeniləyib. İndi kişi vətəninə deportasiya olunmasını gözləyir.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.