Bakıda xəstə aparan ambulans aşdı - VİDEO

3-03-2025, 09:18           
Bakıda xəstə aparan ambulans aşdı - VİDEO
Bakı şəhəri Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sabunçu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 3-cü bölməsinin ambulansı minik avtomobili ilə toqquşub.

TEREF xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

TƏBİB-dən "Metbuat.az"ın sorğusuna cavab olaraq bildirilib ki, minik avtomobilində olan 2 nəfər yüngül xəsarət alıb və hospitalizasiyadan imtina ediblər.

Qeyd edilib ki, yüngül xəsarət alan ambulansın sürücüsünə yerində yardım olunub.

Həkim və tibb bacısı qapalı kəllə-beyin travması şübhəsi ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunublar, ilkin müayinələrdən sonra vəziyyətləri qənaətbəxş olduğu üçün ambulator müalicəyə buraxılıblar.

Bildirilib ki, qəza zamanı təxliyə olunan, qəzadan öncə də vəziyyəti kritik ağır qiymətləndirilən 65 yaşlı xəstə (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Müxtəlif yanaşı xəstəlikləri olan şəxs tibb mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Zaur Əliyev / Metbuat.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru