Almaniyada sürücü maşını izdihamın üzərinə sürüb, 2 nəfər həlak olub
Bu gün, 12:44

Bazar ertəsi Almaniyanın cənub-qərbində yerləşən Manhaym şəhərində bir sürücü avtomobili izdihamın üzərinə sürüb. Səlahiyyətlilər iki nəfərin öldüyünü və bir neçə nəfərin yaralandığını bildirib.
Manhaymın yerləşdiyi Baden-Vürtemberq əyalətinin daxili işlər naziri Tomas Strobl, Almaniyanın dpa xəbər agentliyinə bildirib ki, yaxınlıqdakı Reynland-Pfalts əyalətindən olan 40 yaşlı bir alman saxlanılıb və yaralandığlı üçün xəstəxanaya yerləşdirilib.
Polis hadisəni dərhal hücum kimi xarakterizə etməyib.
Almaniyada son aylar bir neçə zorakılıq aktında avtomobillərdən ölümcül silah kimi istifadə edilib. Polis daha əvvəl bildirib ki, "istintaqın hazırkı mərhələsində ikinci cinayətkarın olduğu təsdiq edilə bilməz."
Onlar ictimaiyyət üçün artıq təhlükənin olmadığını bildiriblər. Polis sözçüsü Stefan Vilhelm bildirib ki, günorta saatlarında şəhərin mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Paradeplatz küçəsində işçilər nahar fasiləsinə çıxan zaman sürücü avtomobili insanların üzərinə sürüb.
Yerli media orada karnaval bazarının təşkil edildiyini bildiribş Bu isə o deməkdir ki, 326 000 əhalisi olan Manhaymda həmişəkindən daha çox ziyarətçi olub. dpa məlumat verir ki, Manhaym Universitetinin Xəstəxanası iki böyük və bir uşaq olmaqla üç nəfəri müalicə etdiklərini bildirib.
Digər xəstəxanaların xəstələri qəbul edib-etmədiyi dərhal məlum deyil. Hadisə yerindən çəkilən görüntülərdə şəhərin mərkəzi ərazisinin bəzi hissələrinin mühasirəyə alındığı, ərazidə çox sayda polisin olduğuu görünür.
Polis zabitləri ağır zərər görən qara avtomobilin ətrafına toplaşıblar. Keçən ay 2 yaşlı qız və anası Münhendə həmkarlar ittifaqının nümayişi zamanı avtomobilin onların üzərində sürülməsi nəticəsində yaralandıqdan iki gün sonra həyatını itirmişdi.
Almaniyada sığınacaq axtaran 24 yaşlı əfqan gənc həbs edilib və prokurorlar onun İslamçı ekstremist motivi olduğunu bildiriblər.
Ötən il Maqdeburqda avtomobilin Milad bazarına sürülməsi nəticəsində 6 nəfər həlak olmuş, 200-dən çox insan yaralanmışdı.
Həbs edilən şübhəli, müsəlmanlara qarşı fikirlər səsləndirmiş və ifrat sağçı, anti-immiqrant “Almaniya üçün Alternativ” partiyasına dəstək vermis əslən Səudiyyə Ərəbistanından olan 50 yaşlı həkim idi.