"Lider"in keçmiş rəhbərinin arvadının iti evdən qaçdı: 16 nəfərlik axtarış qrupu yaradıldı - FOTO

4-03-2025, 11:09           
"Lider"in keçmiş rəhbərinin arvadının iti evdən qaçdı: 16 nəfərlik axtarış qrupu yaradıldı - FOTO
Nailə Əliyeva paylaşımında iddia edib ki, iti kimlərsə götürüb: "Bilgəhdə 7 gün əvvəl itimiz evdən qaçdı. Bilirik ki, bizim "Viski"ni kimlərsə götürüb. Onun 15 yaşlı var, qocadır, onun üçün bu böyük stresdir. Bizi də, 15 illik dostumuzu da bu stresdən qurtarın. Qaytarana böyük mükafat veriləcək".

Nailə Əliyeva şərhlərdə itin itməsindən narahat olan heyvansevərlərə "Viski"nin tapılması üçün 16 nəfərlik axtarış qrupu yaradıldığını, onların Bilgəh və Nardaran qəsəbəsində itin axtarışını apardıqlarını da bildirib.
Qeyd edək ki, Nailə Əliyeva fəaliyyəti dayandırılmış "Lider TV"nin rəhbəri Ədalət Əliyevin həyat yoldaşıdır. / Lent.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru