İranın cənubunda yerləşən Xuzistan əyalətinin Çamran şəhərində su təchizatı və kanalizasiya idarəsinə silahlı hücum nəticəsində iki nəfər ölüb. Məlumatı İSNA yayıb.
Bildirilib ki, öldürülənlərdən biri təhlükəsizlik xidmətinin, o biri isə qurumun hüquq bölməsinin rəisidir.