Pakistanda kamikadze partlayış törətdi: Ölənlər var
Dünən, 23:41
Pakistanın şimal-qərbində, Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 9 nəfər həlak olub, azı 18 nəfər yaralanıb. Bakupost.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb. Hadisə Bannu dairəsində baş verib. Hücumun hədəfi təhlükəsizlik strukturları olub.