Beş yaşlı uşağa görə dava düşüb: Təyyarə təcili eniş edib

8-03-2025, 11:14           
Beş yaşlı uşağa görə dava düşüb: Təyyarə təcili eniş edib
İspaniyanın Lanzarote şəhərindən Londona uçan təyyarədə dava düşüb və pilot təcili eniş etməyə məcbur olub.

Demokrat.az xəbər verir ki, beş yaşlı uşağın “iPad”də "Karate Kid" filminə baxması iki ailə arasında böyük mübahisəyə səbəb olub.

Münaqişə başqa sərnişinin səs-küydən narahat olması və uşağın anasından səsi azaltmağı xahiş etməsi ilə başlayıb. 26 yaşlı ana ona qarşı qışqırıldığını, irqçi təhqirlərə məruz qaldığını və mübahisənin fiziki zorakılığa çevrildiyini iddia edib.

Yaranmış xaos səbəbindən pilot təyyarəni Portuqaliyanın Porto şəhərində təcili eniş üçün yönləndirib. Hər iki ailə təyyarədən endirilib və polis tərəfindən sorğu-sual olunmaq üçün saxlanılıb. Ailələr öz imkanları ilə evlərinə qayıtmalı olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru