Torontoda atışma nəticəsində 12 nəfər yaralanıb

9-03-2025, 09:24           
Torontoda atışma nəticəsində 12 nəfər yaralanıb
Kanadanın Toronto şəhərində kafedə baş verən atışma nəticəsində 12 nəfər yaralanıb.

APA “CTV” telekanalına istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin nümayəndəsi Pol Makinteyr məlumat yayıb.

Onun sözlərinə görə, cümə günü axşam saatlarında Skarboro bölgəsində yeni kafe açılıb. Bir müddət sonra məkana üç naməlum maskalı şəxs daxil olub, onlardan biri avtomatla silahlanmışdı.

“Birdən onlar atəş açmağa başladılar. Şadam ki, hadisə nəticəsində ölən olmayıb. Hazırda cinayətkarların axtarışı davam etdirilir”, - Makinteyr qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru