İranda Kəşfiyyat İdarəsinin rəis müavini qətlə yetirildi

10-03-2025, 17:28           
İranda Kəşfiyyat İdarəsinin rəis müavini qətlə yetirildi
İranda Kəşfiyyat İdarəsinin rəis müavini qətlə yetirilib.

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, İranın Suran şəhərində ETTELAAT (Təhlükəsizlik Kəşfiyyat) İdarəsinin rəis müavini naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.

Qeyd olunur ki, qətlə görə məsuliyyəti İran hökumətinə müxalif olan "Ceyşül-Ədl" silahlı qruplaşması üzərinə götürüb.

Hadisənin təfərrüatları barədə hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, son dövrlərdə İranın Sistan-Bəlucistan vilayətində hökumət rəsmilərinə qarşı hücumların sayı artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru