Alman turist qədim yunan sütununu qaçırarkən saxlanılıb

Bu gün, 08:44           
Alman turist qədim yunan sütununu qaçırarkən saxlanılıb
Alman turist qədim yunan mərmər sütununu Yunanıstandan çıxarmağa cəhd edib.

Demokrat.az xəbər verir ki, buna görə onu 12 ilə qədər həbs gözləyir. Bu barədə yunan reportyoru yazır.

Martın əvvəlində Patras şəhərinin liman rəsmiləri şəxsi avtomobili ilə İtaliyaya getməyi planlaşdıran 61 yaşlı əcnəbinin avtomobilinə baxış keçirib. Onlar müntəzəm yoxlama zamanı avtomobildə mərmər sütunun parçaları aşkar edərək turisti saxlayıblar.

Məhkəmədə alman turist bildirib ki, onun əşyalarından tapılan sütun onun Afinadakı Akropol yaxınlığından aldığı nüsxədir.

Bununla belə, yerli arxeoloq onun dəqiq yaşını və mənşəyini qeyd edə bilməsə də, artefaktın həqiqiliyini təsdiqləyib. Almaniya vətəndaşını antik əşyaların qanunsuz dövriyyəsinə görə həbs cəzası gözləyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.