Yeniyetmə sosial şəbəkədə tanış olduğu qıza görə evdən qaçıb, təyyarə ilə görün hara gedib

11-03-2025, 12:24           
Yeniyetmə sosial şəbəkədə tanış olduğu qıza görə evdən qaçıb, təyyarə ilə görün hara gedib
Yekaterinburqda yeniyetmə internetdə tanış olduğu qız üçün evdən qaçıb

Yekaterinburqdan olan 9-cu sinif şagirdi internetdə tanış olduğu qızla görüşmək üçün evdən qaçıb.

32gun.ax bildirir ki, Ural Nəqliyyat Polisi hadisə ilə bağlı məlumat yayıb.

Məlumata görə, martın 6-da yeniyetmənin anası oğlunun itkin düşdüyü barədə polisə müraciət edib. Qadın bildirib ki, oğlu Moskva səfərinə icazə verilmədiyi üçün onunla mübahisə edib. Buna baxmayaraq, yeniyetmə Kolsovo hava limanına gedərək Moskva reysinə minə bilib.

Polis kameralar vasitəsilə onun Şeremetyevo hava limanından taksi ilə getdiyi ünvanı müəyyən edib və az sonra onu tapıb. Yeniyetmə dərsdənkənar vaxtlarda ofisiant işlədiyini və Moskvaya biletini şəxsi yığımları ilə aldığını bildirib.

Martın 9-da o, Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorların müşayiəti ilə evə qayıdıb və ailəsi ilə görüşüb. Yeniyetmə və ailəsi indiyə qədər hüquq-mühafizə orqanlarının diqqətində olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru