Şimal dənizində toqquşan gəmilərdən 37 dənizçi xilas edilib

11-03-2025, 09:48           
Şimal dənizində toqquşan gəmilərdən 37 dənizçi xilas edilib
Qəzanın baş verdiyi ərazinin ətrafında suda və havada 5 millik təhlükəsizlik perimetri yaradılıb

Şimal dənizində toqquşan iki gəmidə olan 37 dənizçinin hamısı xilas edilib. AYNA.AZ xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Qəzanın baş verdiyi ərazinin ətrafında suda və havada 5 millik təhlükəsizlik perimetri yaradılıb.

Zərər çəkmiş “Stena Immaculate”in operatoru olan ABŞ-ın logistika firması “Crowley” gəminin aviasiya yanacağı daşıdığını və qəza nəticəsində dənizə atıldığını təsdiqləyib. Ekoloji fəlakətin miqyası hələlik məlum deyil.

Müfəttişlər qrupu qəzanın səbəblərini araşdırmağa başlayıb. Təhqiqat bir neçə ay çəkə bilər.

Hadisə dünən İngiltərənin şimal-şərq sahillərində baş verib. İlkin məlumata görə, Portuqaliya bayrağı altında üzən "Solong" konteyner gəmisi lövbərdə dayanmış ABŞ bayrağı altında üzən “Stena Immaculate” tankeri ilə toqquşub. Nəticədə “Stena Immaculate” gəmisində yük çəni partlayıb və içindəki aviasiya yanacağı dənizə tökülüb. Tankerdə partlayışlar baş verib, bundan sonra hər iki gəmi alovlanıb.

Müəllif: Ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru