Bakıda küçənin ortasında QAN SU YERİNƏ AXDI, 4 nəfər tutuldu – ANBAAN VİDEO + YENİLƏNİB

Dünən, 11:32           
Bakıda küçənin ortasında QAN SU YERİNƏ AXDI, 4 nəfər tutuldu – ANBAAN VİDEO + YENİLƏNİB
Bakıda yolda kütləvi davaya görə 4 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Bakuplus.az-a açıqlamasında bildirib ki, “Chevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır:
“Cari il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.

Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.

Toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.

Nəzrin Vahid

***

Bakıda yolda dava olub.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən belə məlum olur ki, bir qrup şəxs avtomobilə hücum edərək içərisindəki şəxsləri döyür.

İlkin məlumata görə, hadisə yol üstündə baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dava iştirakçıları polis tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

Hadisə anının görüntülərini təqdim edirik:












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.