Rəssamın 4 milyonunu oğurlayan azərbaycanlı aeroportda saxlanıldı

11-03-2025, 16:27           
Rəssamın 4 milyonunu oğurlayan azərbaycanlı aeroportda saxlanıldı
Rusiyanın Sankt-Peterburq şəhərində 2 il əvvəl oğurluq edən azərbaycanlı saxlanılıb.

TEREF lent.az-a istinadən xəbər verir ki, cinayət axtarış şöbəsi Stieqlitz Akademiyasının dosenti olan rəssamdan 4 milyon rubl oğurlamaqda şübhəli bilinən 37 yaşlı Azərbaycan vətəndaşını Vnukovo hava limanında saxlayıb.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti verib.

Hadisə 2023-cü ilin payızında baş verib. 64 yaşlı təqaüdçü Sankt-Peterburqun Petroqradski rayonunun polisinə müraciət edərək, oğurluqla bağlı məlumat verib. O, bir nəfərin ona məxsus Qatçinskaya ünvanında yerləşən emalatxanaya daxil olaraq onun şkafından 4 milyon 166 min rubl (təxminən 80 min 749 manat) oğurladığını və “Solaris”lə qaçdığını deyib.

Böyük oğurluqla bağlı cinayət işi araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru