Məşhur psixoloq Nizami Orucov Bakıda konfransda çıxış edərkən yıxıldı - VİDEO

11-03-2025, 16:53           
Məşhur psixoloq Nizami Orucov Bakıda konfransda çıxış edərkən yıxıldı - VİDEO
Tanınmış psixoloq Nizami Orucov Azərbaycan Dövlət İqtisad Universitetinidə (UNEC) keçirilən görüş zamanı səhnədə yıxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə UNEC-in 95 illik yubileyinə həsr olunan TEDxUNEC konfransı zamanı baş verib.

Bu barədə Pravda.az-a danışan psixoloq bildirib ki, o, insanların stress anında necə davranacaqlarını sınaq etmək məqsədilə öz iradəsi ilə səhnədə qəsdən yıxılıb:

“Danışdığım mövzu stress və təzyiq altında qərar verməklə bağlı idi. Bunu praktiki olaraq insanlara yaşatdım. Stress anında insan üç formada qərar tutur: ya donub yerində qalır, ya qaçmaq qərarına gəlir, ya da mübarizə aparır. UNEC-dəki konfrans iştirakçıları arasında bu üç halın hər birini sərgiləyən oldu. Biri donub qaldı, digəri kömək etmək istədi, bəziləri isə həmin situasiyanın içində olmaq belə istəmədi. Artıq bir neçə nəfərin mənə doğru gəldiyini görəndə dedim ki, narahat olmayın, hər şey yaxşıdır, bu, sadəcə bir başlanğıc idi. Hamı alqışladı. Hətta bizə “İntaqram”da bir bəy yazdı ki, sizdən öncəki çıxışlarda bütün zal yatmışdı, sizin çıxışınızdan sonra hamı səhnəyə fokslandı...”

Nizami Orucovun səhnədə yıxılma anını təqdim edirik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru